Qəzzadakı hərbi düşərgələr belə vuruldu - ANBAAN VİDEO

İsrail Müdafiə Ordusu Qəzza zolağına raket zərbələri endirib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə məlumatı “The Times of Israel” yayıb. 

Bildirilib ki, hədəf HƏMAS-ın hərbi təlim düşərgələri olub. 

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.