Oktyabrın 7-də Yaxın Şərqdə növbəti eskalasiyanın başlamasından sonra Qəzza zolağında ölənlərin sayı 10 022 nəfərə çatıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
İdarənin məlumatına görə, qurbanlar arasında ən azı 4104 uşaq var.
Səhiyyə Nazirliyi “anklavın dağıdılmış səhiyyə sisteminin hərbi əməliyyatların qurbanlarına və müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlara yardım göstərmək və onların həyatını xilas etmək üçün tamamilə iqtidarsız olduğunu” bəyan edib və həmçinin “təcili yardım üçün humanitar dəhliz yaratmağa” çağırıb”.