"Quska"nın məhkəməsi yenə təxirə salındı

"Quska" kimi tanınan keçmiş deputat Hüseyn Abdullayevin məhkəməsi təxirə salınıb.

Stopnarkotik.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilməli olan bugünkü iclas hakim Elnur Nuriyevin iştirak etməməsi səbəbindən keçirilməyib.

İclasın vaxtı sentyabrın 12-nə salınıb.

Xatırladaq ki, H.Abdullayev 2018-ci ildə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin müddət bu yaxınlarda başa çatıb.

Lakin yeni cinayət işinə görə Abdullayev azadlığa çıxa bilməyib.