Qusarda oğlunu güllələməkdə şübhəli bilinən ata saxlanıldı - YENİLƏNİB

Qusarda şəxsin odlu silahdan açılan atəş nəticəsində xəsarətlər alması faktına görə cinayət işi başlanıb.

Qusar rayon prokurorluğundan Stopnarkotik.az-a verilən məlumata görə, iyulun 30-da saat 11 radələrində Qusar rayonu, Hil kənd sakini 2001-ci il təvəllüdlü İsrafil Duraxanovun xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1941-ci il təvəllüdlü Sərkar Duraxanovun aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açaraq oğlu İsrafil Duraxanovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

İsrafil Duraxanov xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.

Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, Sərkar Duraxanov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam davam edir.

 

***12:50

 

İyulun 30-da səhər saatlarında Qusar rayonu ərazisində, rayon sakini 23 yaşlı İ.Duraxanovun ov silahından açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 83 yaşlı Duraxanov Sərkər Duraxan oğlu saxlanılıb. Sərkər Duraxanov xəsarət alan şəxsin atasıdır.