Qusarda dəm qazı faciəsi: bir ailənin 3 üzvü zəhərləndi, biri öldü

Qusarda kişi arvadı və nəvəsi dəm qazından zəhərlənib.

Hadisə rayonun Əniğ kəndində qeydə alınıb.

Kənd sakini 1962-ci il təvəllüdlü Riman Soltanmurad oğlu Əlisultanov, arvadı 1965-ci il təvəllüdlü Əntiqə Qasım qızı Qasımova və nəvəsi 2025-ci il təvəllüdlü E. Əlisultanov yaşadıqları Əniğ kəndindəki evdə dəm qazından zəhərlənib.

R.Əlsultanov hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş Ə.Qasımovanın və E.Əlisultanovun vəziyyətləri orta-ağırdır.

Araşdırmalar aparılır.