Qubernator narkotiklə mübarizəyə 227 milyon dollar ayırdı

ABŞ-ın Kaliforniya ştatı yerli qurumlara ictimai təhlükəsizliyi gücləndirməyə, qanunsuz kannabis dövriyyəsinə qarşı mübarizə aparmağa və ictimai səhiyyə proqramlarını  dəstəkləməyə kömək etmək üçün 227 milyon dollar sərf edəcək. 
Ştatın qubernatoru Qevin Nyusom 25 iyunda 64-cü Təklif qrant maliyyələşdirməsinin son turunu elan edib ki, bu da ştatın kannabis ictimai sağlamlığı və təhlükəsizliyi qrant proqramı çərçivəsində dördüncü mükafat qrupunu təşkil edir. Bu ilki maliyyələşdirmə dörd sahənin birinə və ya bir neçəsinə yönəlmiş layihələrə - ictimai təhlükəsizlik və icra, gənclərin narkotikə qurşanmasının qarşısının alınması və müdaxiləsi, ictimai sağlamlıq və qanunsuz kannabis satışının ətraf mühitə təsirləri ilə bağlı layihələrə veriləcək. Qubernator Nyusom bildirib ki, maliyyələşdirmə ictimai təhlükəsizliyi təhdid edən, işçiləri istismar edən, ətraf mühitə zərər verən və lisenziyalı müəssisələr qanunsuz kannabis satışı ilə mübarizə aparmağa kömək edəcək. Qrantlar həmçinin qanunvericliyə riayət edilməsini, gənclər arasında profilaktik proqramlarını, ictimai səhiyyə təşəbbüslərini və yaşayış məntəqələrində təhlükəsizliyi dəstəkləyəcək.

Stopnarkotik.az