Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin əməkdaşları keçirilən əməliyyat-axtarış tədbirləri zamanı ərazidən keçən qatarın tərkibindəki platforma vaqonundan ayrı-ayrı qablarda ümumilikdə 20 ədəd avtomobil yağı və 30 ədəd yağ filtrləri oğurlamaqda şübhəli bilinən rayonun Ləcət kənd sakini Sergey Atamanenkonu saxlayıb.
Stopnarkotik.az-a bu barədə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.