Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktik tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, rayon sakini E.Mirzəyev yol kənarından tapdığı 1 ədəd “AK-74” markalı avtomat, 1 ədəd həmin silaha məxsus patron darağı, 30 ədəd güllə, 4 ədəd qumbara, 2 ədəd qumbara alışdırıcısı, “PK” pulemyot patronlarını üzərində saxlayan 1 ədəd sep və 1 ədəd patron qutusunu könüllü olaraq Quba RPŞ-ə təqdim edib.
Bundan başqa, keçirilən profilaktik tədbirlərin nəticəsində 1 ədəd ov tüfəngi təhvil götürülüb.