Qubada DƏHŞƏT: Ata oğlunun asılmış meyitini tapdı

Qubada intihar hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə İkinci Nügədi kəndində baş verib.

33 yaşlı S.Mustafayev saat 7 radələrində yaşadığı evin ikinci mərtəbəsində özünü şərf ilə asaraq intihar edib.

Onun asılmış meyitini atası aşkar edib.

Məlumata görə, mərhum ruhi-əsəb xəstəliyindən əziyyət çəkib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.