Qobu və Masazır qəsəbələrində silah-sursat aşkar edildi - FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Qobu və Masazır qəsəbələrində silah-sursat aşkar edilməsi barədə məlumatlar daxil olub.

Bu barədə Stopnarkotik.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, məlumatlarla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra çevik qrup tərəfindən ümumilikdə döyüş tətbiqinə yararlı 8 ədəd F1 əl qumbarası, 10 ədəd RQD 5 əl qumbarası, 18 ədəd UZRQM partladıcısı, 7 ədəd 7.62x55 mm-lik mərmi, 2 ədəd 9x18 mm-lik mərmi , 1 ədəd Makarov və 1 ədəd Tokarev markalı tapança götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Qobu və Masazır qəsəbələrində silah-sursat aşkar edilib - VİDEO Qobu və Masazır qəsəbələrində silah-sursat aşkar edilib - VİDEO