Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbir zamanı rayonun Pirili kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən kənd sakini Ş.Abasov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə,Ondan 1 ədəd müvafiq sənədləri olmayan "İJ" markalı ov silahı, həmin silaha aid patronlar, eləcə də qanunsuz olaraq ovladığı adı Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına düşən Bəzgək quşu götürülüb.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.
Stopnarkotik.az