“72 saat ərzində kifayət qədər qida və su ehtiyatı toplayın”.
Stopnarkotik.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusu xalqa çağırış edib.
Ordu 3 gün ərzində kifayət qədər ərzaq və su ehtiyatı saxlaması barədə xəbərdarlıq edib.
"Münaqişələr uzun müddət davam edə bilər", - deyə İsrail ordusundan bildirilib.
Xəbərdarlıqdan sonra israillilər bazarlara axışıb, rəflər boşaldılıb, kassalarda uzun növbələr yaranıb.
Qeyd edək ki, HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma başlayıb.