Avtomobillərin dövlət qeydiyyat nişanı yararsız hala düşdükdə onun yenisi ilə dəyişdirilməsinin 30 manatdan çox olduğu barədə xəbərlər yayılıb.
Stopnarkotik.az Xezerxeber.az-a istinadən xəbər verir ki, dövlət rüsumu 30 manat olduğu halda, sürücülər 50 manat verdiklərini iddia edirlər.
Söhbət avtomobilin dövlət qeydiyyat nişanının dəyişdirilməsinin rüsumundan gedir.
Bu xəbərdən sonra, avtomobilin dövlət qeydiyyat nişanı yararsız hala düşdükdə onun yenisi ilə dəyişdirilməsi üçün rüsumun artırılması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayıldı və xeyli də müzakirələrə səbəb oldu. Hətta sürücülər arasında çaşqınlıq yarandı.
Bu gün təkrar olaraq Baş Dövlət Yol Polisi İdarəsinin qeydiyyat, imtahan mərkəzinin qarşısına gedib, nömrəsini yeniləyən sürücülərin fikirlərini öyrəndik.
"Dövlət rüsumu 30 manat olduğu halda niyə sürücülərdən artıq ödəniş tələb edilir?"
İdarənin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla əlaqə Şöbəsinin inspektoru Elvin Hacıyev sürücülərin iddiaları ilə bağlı bildirir ki, bu, yanlış məlumatdır. O qeyd etdi ki, müvafiq qanuna əsasən, avtonəqliyyat vasitələri üçün mövcud dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə rüsum 30 manatdır.