Qazaxıstanda ölkənin Aİİ və KTMT-dən çıxmasını tələb edən petisiya peyda olub.
Stopnarkotik.az xəbər verir ki, Qazaxıstanın ən böyük petisiya platforması ölkənin Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması üçün imza toplayır. Bu günədək petisiyanı 63 312 nəfər imzalayıb.
Müraciət müəllifi bildirir: “Biz Qazaxıstan hakimiyyətindən KTMT və Aİİ-dən çıxmağı, habelə Rusiya Federasiyası ilə bütün inteqrasiya proseslərini dayandırmağı tələb edirik! Hətta bu bizə münasibətlərin qırılması bahasına başa gəlsə belə, Rusiya Federasiyası ilə diplomatik və iqtisadi əlaqələri kəsin! Əks halda, Rusiyanın istənilən dəstəklə ölkəmiz hazırda Rusiyanın özü kimi dünyadan təcridlə üzləşəcək...”
Stopnarkotik.az