Qazaxıstanda elektron siqaretlər qadağan edildi

Qazaxıstanda elektron siqaret (veyp) və onun üçün mayelərin idxalı, satışı və paylanması qadağan edilib. Cəzalar isə ağırdır.

Stopnarkotik.az xəbər verir ki, elektron siqaretlərin satışı/paylanması - 1600 dollara qədər cərimə və ya 200 saata qədər ictimai xidmət və ya 50 günə qədər həbslə, veyplərın və komponentlərin idxalı - 16 000 ABŞ dollarına qədər cərimə və ya 600 saata qədər ictimai işlər və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla və ya edilmədən 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə, eyni şey dəfələrlə və qruplşmanın tərkibində yaxud çox böyük məbləğdə edilsə, o zaman 40.000 dollara qədər cərimə və ya 1200 saat iş və ya əmlakı müsadirə olunmaqla və ya onsuz 5 ilə qədər azadlığın məhdudlaşdırılması və ya həbs cəzası olacaq.

Stopnarkotik.az