Gürcüstanın Daxili İşlər Nazirliyinin Acarıstan Baş İdarəsinin əməkdaşları həyata keçirilən tədbirlər nəticəsində 6 kiloya yaxın “Metadon” narkotik vasitəsi aşkar edib.
Stopnarkotik.az “24News.ge”yə istinadla xəbər verir ki, qurumun məlumatına görə, sözügedən narkotik vasitənin qara bazardakı dəyəri təxminən 3 milyon lari təşkil edir.
Xüsusilə böyük miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması və satılmasının təşkili ittihamı ilə Belarus vətəndaşları 1993 və 1992-ci il təvəllüdlü şəxslər saxlanılıb.
Əməkdaşların təhqiqat və axtarış tədbirləri zamanı təqsirləndirilənlərin şəxsi əşyaları, avtomobili və müvəqqəti yaşayış yerləri yoxlanılıb; satışa hazırlanan böyük həcmdə “Metadon” maddəsi maddi sübut kimi götürülüb. Eyni zamanda, narkotik vasitənin paketlənməsi üçün istifadə olunan materiallar da aşkar edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 260-cı maddəsinin dördüncü bəndi üzrə istintaq aparılır; həmin maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Stopnarkotik.az