Qanunsuz torpaq satdığına görə Sarkisyana cinayət işi açıldı

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Serj Sarkisyana 2004-cü ildə müdafiə naziri işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə cinayət işi açıb.

Stopnarkotik.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, S.Sarkisyan İrəvanda ən azı 500 min dollar dəyərində olan torpaq sahəsini banklardan birinə 90 min dollara satıb.