"Qalatasaray" və "Beşiktaş"ın sabiq prezidentləri saxlanıldı - NARKOTİK ƏMƏLİYYATI

Türkiyənin "Beşiktaş" və "Qalatasaray" klublarının keçmiş prezidentləri Fikrət Orman və Burak Elmas narkotik vasitələrlə bağlı aparılan istintaqı çərçivəsində saxlanılıblar.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, onlar İstanbul Baş Prokurorluğu tərəfindən həyata keçirilən istintaq çərçivəsində şəhərin Polis İdarəsinin Narkotik Cinayətləri Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq idarəyə aparılıblar.

Burak Elmas tibbi müayinədən keçirilib.

Əməliyyat tədbirlərinin geniş miqyaslı olduğu bildirilir.