Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində bir qadının çantasından 80 manat pul oğurlamaqda, iki nəfərdən isə dələduzluq yolu ilə ümumilikdə 268 manat pul almaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Roman Bəndəliyev müəyyən olunaraq saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, R.Bəndəliyev Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə yaxalanıb.
Faktla bağlı araşdırma aparılır.