Hondurasın Fransisko Morazan departamentindəki qadın həbsxanasında qarşıdurma baş verib.
Stopnarkotik.az xarici mediaya istinadən xəbər verir ki, hadisə iki cinayətkar dəstə arasında olub.
Nəticədə 41 məhbus qadın öldürülüb. Onlardan 25-nin yanaraq öldürüldüyü bildirilir.
İnsident ilə bağlı hələlik hakimiyyət orqanları ətraflı məlumat verməyib.