Qadın həbsxanasında dava: ölənlərin sayı artdı

Hondurasda qadın həbsxanasında baş verən dava nəticəsində ölənlərin sayı artıb.

Stopnarkotik.az yerli KİV-ə  istinadən xəbər verir ki, Prezident Xiomara Kastro baş verənlərə görə təhlükəsizlik naziri Ramon Sabillonu vəzifəsindən azad edib.

Paytaxt Tequsiqalpanın Tamara qəsəbəsindəki qadın həbsxanasında iğtişaş və qarşıdurmada daha 5 qadın həyatını itirib.

Hadisə zamanı 26 qadın yandırılıb, 20 qadın isə silah və ya bıçaqla öldürülüb.