Ukraynada 3 rus agenti ələ keçirilib.
Stopnarkotik.az xəbər verir ki, agentlər Rusiya Federal Təhlükəsizlik Xidmətinə bağlı olublar.
Ukrayna Təhlükəsizlik Xidmətinin açıqlamasına görə, ölkənin Vinnitsa, Dnepropetrovsk və Odessa bölgələrində yaxalanan agentlər Rusiya kəşfiyyatınn xüsusi təlimatları əsasında hərəkət edərək, casusluq fəaliyyəti ilə məşğul olub, xüsusilə Ukraynanın mərkəzi və cənub hissəsindəki hərbi qüvvələrin yerləri, silahları, heyəti haqqında məlumat toplayblar.
Ukrayna Təhlükəsizlik Xidmətinin açıqlamasında bu ifadələr yer alıb: ''Rus agentlər yerinə yetirilmiş hər tapşırıq üçün öz kartlarıyla 500 ABŞ dollarına qədər pul alıblar. Pulun məbləği görülən işin keyfiyyətinə bağlı olub. Vinnitsa bölgəsində Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələri Komandanlığı Qərargahı və Mili Mühafızə birliklərinin koordinatlarını müəyən etməyə çalışan yerli sakin həbs edilib.
Düşmən agenti mağazaların və yaxınlıqdakı digər binaların pəncərələrindən Ukrayna obyektlərinin və onların ətrafının foto və videolarını çəkib. Dnepropetrovsk vilayətində casus Krivoy Roq ərazisində işğalçılar üçün müdafiə sərhədlərinin planlarını tərtib edib və şəhərdə texnika və sursatların saxlanması üçün yerləri müəyyənləşdirib. O, kəşfiyyat məlumatları toplamaq üçün işsiz adam adı altında hərəkət edib. Xüsusilə, o, vaxtaşırı kritik obyektlərin yaxınlığında və ya ərazisində fəhlə kimi iş tapırmış.
Odessa vilayətində Rusiya kəşfiyyat şəbəkəsinin üzvü komendant saatı zamanı şəhərdə hərəkət etmək və nəzarət-buraxılış məntəqələrindən keçmək üçün parol axtararkən saxlanılıb. Həmçinin o, regional qərargahın yerləşdiyi bölgədəki hərbi obyektlərin GPS koordinatlarını aşkar etməli idi. Bunun üçün o, bölgəni gəzib və elektron xəritələrdə xüsusi işarələr edib”.
Stopnarkotik.az