Respublika Psixiatriya Xəstəxanasında ölüm faktı qeydə alınıb.
Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, hadisə yanvarın 4-də baş verib.
Bakı şəhər sakini 42 yaşlı Y. Nəsibov müalicə aldığı Sabunçu rayonu 1 saylı Respublika Psixiatriya Xəstəxanasında ölüb.
Onun vərəm xəstəliyindən öldüyü bildirilir.
Araşdırma aparılır.