Prokurorluq Ucardakı dəhşətli qətllə bağlı məlumat yaydı

Xəbər verildiyi kimi, iyunun 3-də Ucar rayon sakinləri 1995-ci il təvəllüdlü Könül Əliyevanın öldürülməsi, 1996-cı il təvəllüdlü Rüfət İlyaszadəyə isə xəsarət yetirilməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Ucar Rayon Prokurorluğundan məlumat verilib.

İstintaqla 1988-ci il təvəllüdlü Anar Əliyevin rayon ərazisində yerləşən avtomobil yuma məntəqələrinin birində şəxsi münasibətlər zəminində tanışı Rüfət İlyaszadəyə bıçaqla xəsarətlər yetirməklə öldürməyə cəhd etməsi, daha sonra arvadı Könül Əliyevaya həmin bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Anar Əliyevə Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.