Prokurorluq Saatlıdakı qətllə bağlı məlumat yaydı

Saatlıda qohumunu öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Stopnarkotik.az-a Saatlı Rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, iyunun 4-də 1978-ci il təvəllüdlü Elşad İsmayılovun öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla 2005-ci il təvəllüdlü Kənan Nərimanzadənin qeyd edilən tarixdə Saatlı şəhərində yaşadığı evdə qohumu Elşad İsmayılovu aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Kənan Nərimanzadəyə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Saatlı rayon məhkəməsinə göndərilib.