"Project Bay" əməliyyatında dəyəri 139 milyon dolları aşan 1,7 ton narkotik və 17 ədəd silah ələ keçib - VİDEO

Kanadanın Ontario bölgəsində keçirilən "Project Bay" adlı əməliyyat zamanı dəyəri 139 milyon dolları keçən təxminən 1,7 ton narkotik və 17 ədəd silah tapılıb.

Polis bildirib ki, bu işlə bağlı 21 nəfər cinayətdə şübhəli bilinir, 19 nəfər saxlanılıb. Daha 2 nəfər axtarılır.

Qanuna görə isə məhkəmə onların günahını sübut edənə qədər saxlanılan hər bir şəxs günahsız hesab olunur. 

Stopnarkotik.az