Kolumbiya prezidentinin oğlu çirkli pulların yuyulması ilə bağlı mühakimə olunacaq.
Stopnarkotik.az bildirir ki, Kolumbiya prezidenti Qustavo Petronun oğlu Nikolas Petro Atlantiko əyalətində siyasətçi kimi çalışarkən qeyi-qanuni varlanma və çirkli pulların yuyulması ittihamı ilə mühakimə olunacaq. İttihama görə, Nikolas Petro ittiham olunan narkotik alverçilərini prezidentin sülh planlarına daxil etmək müqabilində onlardan pul alıb.
Petro iyul ayında Atlantikonun paytaxtı Barrakuillada keçmiş həyat yoldaşı Daysuris del Carmen Vasqeslə birgə eyni ittihamlarla həbs edilmişdi.
Avqust ayında keçirilən məhkəmə iclasında Petro özünü təqsirli bilməyib, lakin onu maaşından gəlməyən pulla 394 min dollar dəyərində əmlak almaqda ittiham edən prokurorlarla əməkdaşlıq edəcəyini bildirib.
Stopnarkotik.az