Polisin "saxla" əmrinə tabe olmayan sürücü həbs edildi

Beyləqan rayonunda polisin "saxla" əmrinə tabe olmayan sürücü həbs edilib.

DİN-dən Stopnarkotik.az-a verilən məlumata görə, noyabrın 2-də saat 11 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Beyləqan şəhəri ərazisində üzərində dövlət qeydiyyat nişanları olmayan “Mercedes” markalı avtomobilə "saxla" işarəsi verib, lakin sürücü polisin qanuni tələbinə tabe olmayaraq hadisə yerindən yayınıb. Görülmüş tədbirlərlə avtomobil saxlanılıb, sürücünün Beyləqan şəhər sakini İlham Fətiyev olduğu müəyyənləşib.

Polis əməkdaşları avtomobilə baxış zamanı oradan dövlət qeydiyyat nişanı və qanunsuz saxlanılan “İJ-16” markalı ov tüfəngi aşkar edərək götürüb.

İ.Fətiyev barəsində inzibati protokol tərtib edilib.

Məhkəmənin qərarı ilə onun barəsində 8 gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq olunub.