Bakının Babək prospekti istiqamətində davamlı olaraq qayda pozuntuları edən sürücüyə 15 sutka inzibati həbs cəzası verilib.
Stopnarkotik.az-ın xəbərinə görə, “saxla” əmri verilməsinə baxmayaraq ətrafdakı insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan yol hərəkəti qaydalarını və ictimaiyyət əleyhinə olan qaydaları açıq şəkildə pozan sürücü saxlanılmış saxlanıldıqdan sonra da polis əməkdaşlarına qarşı tabesizlik göstərib.
Şəxs ərazi aidiyyəti üzrə 23-cü Polis Bölməsinə təhvil verilib. Barəsində toplanmış material isə hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edilib. Məhkəmə onun 15 sutka müddətinə inzibati həbs edilməsi barədə qərar qəbul edib.
***09:57
"Paytaxtın Babək prospekti istiqamətində davamlı olaraq qayda pozuntuları edən sürücü Nicat Həsənliyə saxla əmri verilməsinə baxmayaraq, ətrafdakı insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan yol hərəkəti qaydalarını və ictimaiyyət əleyhinə olan qaydaları açıq şəkildə pozduğu üçün saxlanılıb".
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib. O bildirib ki, sürücü saxlanıldıqdan sonra da polis əməkdaşlarına qarşı tabesizlik göstərib:
"Şəxs ərazi aidiyyatı üzrə 23-cü PB-yə təhvil verilib barəsində toplanmış material isə hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edilib. Məhkəmənin qərarı barədə ictimaiyyətə əlavə məlumat təqdim ediləcək", - deyə DYP rəsmisi bildirib.
***09:25
Bakıda polisə tabe olmayan sürücü saxlanılıb.
Stopnarkotik.az "unikal"a istinadən xəbər verir ki, 77-EY-438 dövlət qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü qayda pozuntusu törədib və polis ona "saxla" əmri verib.
Sürücü isə polisə tabe olmayıb. Nəticədə polis əməkdaşları onu süni sıxlıq yaradaraq saxlayıblar.