Türkiyədə son 5 gün ərzində polisin 67 əyalətdə "Narkotika satıcıları"na qarşı keçirdiyi əməliyyatlarda 574 kq narkotik və 755.614 narkotik həbi müsadirə edilib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə ölkənin DİN Əməliyyat gedişində 638 şübhəli saxlanılıb, 266 nəfər həbs edilib. Onlardan 68-nə məhkəmə nəzarəti tədbirləri tətbiq edilib. Digərləri ilə bağlı proseslər davam edir.
Təhlükəsizlik Baş İdarəsinin Narkotik Cinayətləri ilə Mübarizə İdarəsi və Baş Prokurorluqla koordinasiyalı şəkildə, Əyalət Polis İdarələri tərəfindən ümumilikdə 67 əyalətdə əməliyyatlar keçirilib və əməliyyatlara aşağıdakılar cəlb edilib:
-895 qrup,
-2237 şəxsi heyət,
-12 təyyarə və
-21 narkotik tapan itlər.
Gənclərimizi və ictimai sağlamlığımızı hədəf alan narkotik qaçaqmalçılarına qarşı əməliyyatlarımız ölkə daxilində effektiv və davamlı olaraq həyata keçirilir.
Stopnarkotik.az