"Cəllad Xameneini necə yüz minlərlə Gürcüstan vətəndaşının lideri edə biliblər? - SAAKAŞVİLİDƏN ŞƏRH

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili İranda baş verənlərə münasibət bildirib.

Stopnarkotik.az xəbər verir ki, o fikirlərini Facebook səhifəsindən paylaşıb.  

“Son illərdə cəllad Xameneini necə yüz minlərlə Gürcüstan vətəndaşının lideri edə biliblər? Diktaturanın devrilməsindən sonra Gürcüstan küçələrində Xameneinin plakatları və Amerika əleyhinə şüarlarla peyda olanlara, o cümlədən buna icazə verən məmurlara, o cümlədən İranla dini əlaqələri olan insanlara ən sərt cavab tələb olunmalı və hamısı dərhal deportasiya edilməlidir”, deyə Saakaşvili paylaşımında yazıb. 

Stopnarkotik.az