Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, iyulun 24-də polis əməkdaşları paytaxt və respublikanın rayonlarında 1 avtomat silahı, 12 tüfəng, 1 patron darağı və 43 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam edir.