Polis 58 kiloqramdan çox marixuana ələ keçirdi

Qazaxıstanın Kostanay vilayətində 58 kq-dan çox marixuana ələ keçirilib. Stopnarkotik.az "Polisia.kz" saytına istinadla bildirir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları rayon ərazisində narkotik vasitələrin yayılması ilə məşğul olan 11 nəfəri saxlayıb.

Polis 58 kq-dan çox marixuana müsadirə edib. Qara bazarda belə böyük partiyanın dəyəri 9 milyon tengedən çoxdur. Narkotiklər icarəyə götürülmüş qarajda saxlanılırmış və orada başqalarına paylanmaq üçün kiçik partiyalarla qablaşdırılıb.

“Qruplaşma üzvləri 22 yaşdan 54 yaşa qədər arasındadır. Hal-hazırda beş şübhəli Qazaxıstan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 128-ci maddəsi ilə müvəqqəti saxlama təcridxanasına yerləşdirilib, qalanları barəsində isə heç yerə getməmək barədə yazılı vəsatət şəklində həbs-qətimkan tədbiri seçilib. Hazırda Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsinə əsasən, zəruri istintaq hərəkətləri həyata keçirilir”, deyə qurumun rəhbəri Nurjan Axmetov bildirib.

Stopnarkotik.az