Piyada keçidində ehtiyatsızlıq qəzaya səbəb oldu - ANBAAN VİDEO

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sürücülərə müraciət edib.

Stopnarkotik.az xəbər verir ki, müraciətdə piyada keçidlərinə yaxınlaşdıqları zaman sürücülərin əməl etməli və diqqətlə yanaşmalı olduqları 5 qayda öz əksini tapıb:

1. Əvvəlcə yol nişanlarına diqqət yetirməli;

2. Piyadalar keçidə yaxınlaşan zaman sürət həddini azaltmalı;

3. Sərt əyləcdən istifadə etməməli;

4. Düzgün ara məsafəsi saxlamalı;

5. Dayanmalı və piyadalara yol verməlidirlər.

“Bu qaydalara hər bir sürücü əməl etməlidir. Əks təqdirdə piyada vurulması ilə nəticələnən qəzalar qaçılmaz olacaq”, - deyə NİİM-dən bildirilib.