Pedofillər ölüm hökmünə məhkum ediləcək – QANUN LAYİHƏSİNİN QƏBULU GÖZLƏNİLMƏZ OLDU

Ötən həftə ABŞ-ın Aydaho ştatında respublikaçı qanunvericilər uşaq zorlamasında məhkum olunan pedofilləri ölüm cəzasına məhkum edən yeni qanun qəbul ediblər. Stopnarkotik.az xəbər verir ki, bu qanundan sonra demokratlar çaşqınlığa qərq olublar.

Belə ki, Nümayəndələr Palatasının 515 saylı qanun layihəsi 57 lehinə, 11 əleyhinə səslə qəbul edilib. Yeni qanuna görə, 12 yaşından kiçik uşağa təcavüz etməkdə təqsirli bilinən hər bir pedofil güllələnmə ilə ölüm cəzasına məhkum ediləcək.

Layihənin müəllifi respublikaçı deputat Bryus Skoq ölüm cəzasının yalnız cinayətləri təkrarlayanlarla bağlı ən iyrənc hallarda tətbiq ediləcəyini söyləyib.

Qeyd edək ki, bundan sonra qanun layihəsi Komitənin müzakirəsi üçün Aydaho Senatına göndəriləcək. Respublikaçı deputat Stefani Mikelsen əvvəlcə qanun layihəsinin əleyhinə səs verib, lakin səsvermə ratifikasiya edildikdən sonra qərarını ləğv edib. Mikelsen qərarını dəyişməsinin səbəblərini şərh etməyib. Səsvermədən əvvəl Mikelsen Idaho Capital Suna açıqlayıb ki, o, iyrənc cinayətlərlə bağlı narahatlıqlarını bölüşsə də, yaxşı olar ki, Aydaho ştatının vəsaiti Ali Məhkəmə digər işlərlə bağlı qərar verənə qədər gözlənildikdən sonra sərf edilsin, necə ki, Florida ştatında da eyni məsələ ilə bağlı analoji qanunlar qəbul edilib.

"Mədəniyyətimizin dərin və qaranlıq tərəfi var və uşaqları qorumaq bizim işimizdir", - Skoq deyir. "Bəzən törədilən cinayətlər o qədər iyrənc olur ki, cəzalandırmaq məqsədəuyğun olur", - deyə o, əlavə edib. Skoq eyni zamanda açıqlayıb ki, qanuna görə, ölüm hökmünün verilməsi "çox nadir" olacaq, "amma bu baş verəcək".

Xatırladaq ki, Aydaho qanunları hazırda yalnız birinci dərəcəli qətl işlərində ölüm cəzasına icazə verir. 2008-ci ildə ABŞ Ali Məhkəməsi Kennedinin Luizianaya qarşı işində qərar verdi ki, Səkkizinci Düzəliş uşaq zorlayanlar üçün ölüm cəzasını qadağan edir. Skoq Aydahodakı məsələyə dair səhv qərar verildiyinə inandığını deyir və düşünür ki, uşaq təcavüzkarlarının cəzalandırılması indiyədək qanun müstəvisində həll edilmir.

Skoq Aydaho qanunverici orqanda deyib ki, “Kennediyə qarşı Luiziana” məhkəmə işində çoxluğu təşkil edən beş hakim olmasa, hazırkı məhkəmənin uşaq təcavüzkarlarının edam edilməsi məsələsində fərqli qərar verəcəyinə inanır.

Eyni şəkildə, demokratlardan olan Con Qannon da Nümayəndələr Palatasının zalında qanun layihəsinin konstitusiyaya zidd olduğunu bildirib və Ali Məhkəmənin onu ləğv etməyəcəyini proqnozlaşdırıb.

Onu da xatırladaq ki, bir il əvvəl Aydahoda ölüm hökmü altında olan məhbusların güllələnməsinə icazə verən qanun qəbul edilib. Aydaho ştatında sonuncu dəfə 2012-ci ildə Richard Albert Leavitt öldürücü inyeksiya ilə edam edilib. Ştat fevralın 28-də silsiləvi qatil Tomas Kriki edam etməyi planlaşdırır. Krik Aydahoda edam cəzası çəkən məhkumdur və 44 ildən artıqdır ki, edamını gözləyir.

Digər məhbus, ölümcül xəstə olan Cerald Pizzuto 1985-ci ildə iki qızıl mədənçisinin qətlinə görə otuz ildir ölüm hökmü kamerasındadır. Pizzutonun edamı ötən mart ayına planlaşdırılmışdı, lakin edamlarda istifadə olunan narkotik dərmanalarla əlaqədar lazımi sənədlər olmadığı üçün təxirə salınmışdı.

Stopnarkotik.az