Paytaxtda tikinti şirkəti şam ağaclarını KƏSDİ

Bakıda tikinti şirkəti tərəfindən şam ağaclarının kəsildiyi müəyyən edilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən Stopnarkotik.az - a verilən məlumata görə, Nəsimi rayonu, Moskva prospektində ağacların kəsilməsi ilə bağlı Xidmətə daxil olan şikayət qurumun əməkdaşları tərəfindən yerində araşdırılıb.

Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı sözügedən ərazidə tikinti işləri aparan "Ay İnşaat" MMC tərəfindən iki şam ağacının kəsildiyi müəyyən olunub.

"Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır", - o deyib.