Bakının Nəsimi rayonu ərazisində yerləşən parkda bir nəfərin mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş E.Məsimov müəyyən olunaraq saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, o, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə yaxalanıb.
Faktla bağlı araşdırma aparılır.