Paytaxtda mağazadan 4500 manatlıq telefon oğurlayan şəxs yaxalandı

Bakıda mağazadan 4500 manatlıq telefon oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a verilən xəbərə görə, Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindəki mağazaların birindən 4500 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini Tofiq Cəfərov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.