Paytaxt sakini silah-sursatını polisə təhvil verdi

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbir nəticəsində 34 yaşlı paytaxt sakini 1 avtomat silahı və 6 ədəd patronu könüllü olaraq polisə təhvil verib.

Araşdırma aparılır.