Paşinyanın oğlunu “oğurlayan” qadın ev dustaqlığına buraxıldı

Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın “oğurlanması” işi üzrə həbs edilən Qayan Akopyanla bağlı həbs-qətimkan tədbiri dəyişdirilib.

Stopnarkotik.az  erməni mediasına istinadən xəbər verir ki, bu barədə vəkil Georgi Melikyan sosial şəbəkələrdə bildirib.

Onun sözlərinə görə, Apellyasiya Məhkəməsi bu gün təqsirləndirilən şəxsin həbs-qətimkan tədbirini dəyişib.

"İndi o, ev dustaqlığındadır", - deyə vəkil əlavə edib.