"PAŞİNYAN HÖKUMƏTİ NARKOTİK MAFİYASINA ÇEVRİLİB" - Artur Xaçikyan: "Ermənistanda narkotikdən istifadə 95 % artıb"

“Hamımız bilirik ki, Ermənistanda böyük “narkotik epidemiyası” var. Bu, artıq məktəblərdə, universitetlərdə yayılır, hətta orduda, 16-17 yaşlı azyaşlılar arasında da yayılması haqda məlumatlar var".

Stopnarkotik.az xəbər verir ki, bunu “NEWS.am” saytının müxbirinə müsahibəsində ekspert Artur Xaçikyan deyib.

“Bu, millətin ölümünə səbəb ola biləcək böyük bir fəlakətdir. Gəncliyimiz məhv edilir, cəmiyyətimiz sözün əsl mənasında iflic vəziyyətinə düşüb”, - deyən Xaçikyan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirildiyini, lakin işin daha intensiv aparılmalı olduğunu bildirib.

Artur Xaçikyan: ”Paşinyan Qərbin təklif etdiyi sülh sazişini imzalamağa  hazırdır” - Veteninfo.Az

Artur Xaçikyan

“Bizim rəsmi məlumatlara görə, Ermənistanda narkotikdən istifadə 95% artıb. Narkotik satan 1500-3000 Teleqram kanalı var”, - deyə Artur Xaçikyan sözünü yekunlaşdırıb.

Ermənistan parlamentinin müxalif deputatı Andranik Tevanyan da deyib ki, Ermənistanda narkotik dövriyyəsi artıb.

O qeyd edib ki, ölkə ərazisində 1.4 ton kokain dövriyyəsi var və bunun dəyəri 1 milyard dollardan çoxdur. Deputat bu qədər dövriyyənin Ermənistan hakimiyyəti ilə əlaqəli olduğunu vurğulayıb.

Paşinyan hökuməti narkotik mafiyasına çevrilib - Erməni deputatAndranik Tevanyan

"Ermənistan hökuməti narkotik mafiyasına çevrilib və bunlarla bağlı əsaslı şübhələrimiz var. Düşünmürəm ki, Ermənistanda bir milyard dollarlıq dövriyyəni təmin edə biləcək kimsə var. Hakimiyyətlə heç bir əlaqəsi olmayan biri belə riskli addım ata bilməz", - deputat bildirib.

Tevanyan Ermənistan gömrüyündə ciddi korrupsiyanın olduğunu diqqətə çatıdırıb.

Stopnarkotik.az