Dünyaca məşhur narkotik qaçaqmalçısı Pablo Eskobarın Kolumbiyanın Quatape şəhərindəki "La Manuela" adlı malikanəsi havadan dronla görüntülənib.
"Anadolu" agentliyi xəbər verir ki, malikanə 1990-cı illərin sonlarında Kolumbiya hökuməti tərəfindən ələ keçirilib. 1993-cü ildə isə mülk Eskobarın mirasının bütün izlərini silməyə çalışan PEPES adlı narkotik dəstəsi tərəfindən yandırılıb.
Əmlak Eskobarın narkotik imperiyasının əsas mərkəzlərindən biri hesab olunurdu.
Vaxtilə böyüklüyü və əzəməti ilə seçilən malikanə artıq xarabalığa çevrilib.
Həmin görüntüləri təqdim edirik:
Olke.az