Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, mayın 15-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tüfəng və 1 patron darağı təhvil götürüblər.
Keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 2 tüfəng aşkarlanaraq götürülüb.