Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlandı

Polis əməkdaşları ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürüb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 21-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd müxtəlif markalı avtomat silahı, 2 qumbara, 18 ədəd müxtəlif markalı tüfəng, 3 patron darağı və 138 ədəd müxtəlif çaplı patron təhvil götürülüb.