Oğurladığı bank kartı ilə alış-veriş edən şəxs saxlanıldı

Bakıda rayon sakini qarət olunub.

Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, iyunun 20-də Nəsimi rayonu ərazisində Xaçmaz rayon sakini olan bir nəfərin mobil telefonunun, sənəd və bank kartının oğurlanması və həmin kartdakı hesabından 117 manat məbləğində alış-veriş edilməsi barədə polisə məlumat daxil olub.

Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Ruslan Məmmədzadə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.