Nyu-Yorkda "Türk Evi"nə hücum edildi - FOTOLAR

Türkiyənin BMT-dəki Daimi Nümayəndəliyinin və Nyu-York Baş Konsulluğunun yerləşdiyi "Türk Evi" binasına hücum edilib.

Stopnarkotik.az xəbər verir ki, bu  barədə Türkiyə KİV-ləri məlumat yayıb. 

Bildirilir ki, naməlum şəxs əlindəki dəmir alətlə binanın aşağı mərtəbəsində bəzi pəncərələri sındırıb. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.