Netanyahu xəstəxanaya yerləşdirildi

Benyamin Netanyahu xəstəxanaya yerləşdirilib.

Stopnarkotik.az yerli mətbuata istinadən xəbər verir ki, o, evdə özünü pis hiss edib və daha sonra huşunu itirib.

73 yaşlı siyasətçi Tel-Əvivdəki Şeba Tibb Mərkəzinin təcili yardım şöbəsinə yerləşdirilib.

Netanyahunun vəziyyətinin qənaətbəxş olduğu və tibbi müayinədən keçdiyi bildirilir.