Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Məntəqəsinin əməkdaşlarının qanunsuz balıq ovuna qarşı keçirdikləri profilaktik tədbirlər zamanı Kür çayının Mayak-1 kəndi ərazisindən keçən hissəsində qanunsuz balıq ovu ilə məşğul olan 2 nəfər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, həmin şəxslərdən taxta qayıqlar, sintetik torlar, qadağan olunan ov qurğuları, eləcə də qanunsuz ovlanmış şamayı balıqları aşkar edilib.
Faktla bağlı araşdırmalar aparılır.