Naxçıvanda Zəngəzur dəhlizi ilə bağlı müzakirələr aparılacaq - ƏLİYEV ƏRDOĞANI MUXTAR RESPUBLİKAYA DƏVƏT ETDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan Muxtar Respublikasına səfər edəcək.

Stopnarklotik.az xəbər verir ki, bu barədə Türkiyə telekanalları məlumat yayıb.

Səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq.

Ərdoğan səfər çərçivəsində Qarabağda lokal antiterror tədbirlərindən sonra erməni separatçılarının tərksilah prosesi və Zəngəzur dəhlizi ilə bağlı müzakirələr aparacaq.