“Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Hacıvar kənd tam orta məktəbi yeni inşa olunmasına baxmayaraq, layihəsi tamamilə yararsızdır”.
Stopnarkotik.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.
Texniki-tikinti normalarının kobud şəkildə pozulduğunu, bu səbəbdən də binanın sökülüdüyünü bildirən səlahiyyətli nümayəndə Hacıvar kənd tam orta məktəbinin müasir üslubda yenidən inşa olunacağını vurğulayıb.